Ev DünyaRubinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: Yeni Konstitusiyada bu istinad olmayacaq

Rubinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: Yeni Konstitusiyada bu istinad olmayacaq

by Baş Redaktor
15 Baxış

Ermənistan parlamentinin sədri Ruben Rubinyan yeni Konstitusiyada ölkənin Müstəqillik Bəyannaməsinə istinadın yer almasına qarşı çıxıb. O hesab edir ki, Bakı və İrəvanın qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıdığı indiki şəraitdə belə bir istinadın saxlanılması ziddiyyətli görünür.

Army.az xəbər verir ki, Rubinyan bu barədə açıqlamasında danışıb.

Spiker mövqeyini əsaslandırarkən Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycan ərazisi olan Qarabağın Ermənistanla birləşdirilməsinə dair müddəanın yer aldığını xatırladıb.

Onun sözlərinə görə, hər iki ölkə Almatı Bəyannaməsinin prinsiplərinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu səbəbdən həmin yanaşmanın yeni Konstitusiyanın giriş hissəsində əks olunması düzgün olmazdı:

banner

“Biz də məhz buna görə həmin istinadın yeni sənədə daxil edilməsini istəmirik. Çünki qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıdığımız halda Konstitusiyamızın preambulasında Qarabağın Ermənistana məxsus olduğunu bildirən müddəanın yer almasını istəmirik”.

Əlaqəli Yazılar Xüsusi