Ev Hərbi XəbərlərZelenskidən Putinə birbaşa çağırış: “Ərazilər barədə danışmaq istəyirsə, mənimlə danışsın”

Zelenskidən Putinə birbaşa çağırış: “Ərazilər barədə danışmaq istəyirsə, mənimlə danışsın”

by Baş Redaktor
14 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh danışıqlarında ərazi güzəştləri məsələsinin Kiyev üçün nə dərəcədə həssas olduğunu açıqlayıb. O, Ukraynanın ərazi bütövlüyü ilə bağlı qərarların ölkə xalqının mövqeyi nəzərə alınmaqla verilməli olduğunu bildirib.

Army.az xəbər verir ki, Zelenski bu fikirləri “İstəklilər koalisiyası”nın toplantısından sonra jurnalistlərlə söhbətində səsləndirib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna torpaqlarından imtina etmək niyyətində olsaydı, bunu müharibənin ilk aylarında, 2022-ci ildə edə bilərdi. Lakin ölkə müstəqilliyini, azadlığını, ərazilərini və vətəndaşlarını qorumaq əzmini dəfələrlə nümayiş etdirib.

Zelenski qarşıdakı dövrün Ukrayna üçün olduqca çətin keçəcəyini, hətta ölkənin ən ağır qış mövsümü ilə üzləşə biləcəyini də istisna etməyib.

banner

Ukrayna liderinin sözlərinə görə, ərazi məsələsini gələcək sülh sazişinin sıradan texniki bəndi kimi qiymətləndirmək olmaz. Çünki bu məsələ ölkənin suverenliyi, təhlükəsizliyi və gələcək mövcudluğu ilə birbaşa bağlıdır.

Zelenski sülhə nail olmaq üçün uyğun şəraitin nə vaxt yaranacağını əvvəlcədən söyləməyin çətin olduğunu da bildirib. Onun sözlərinə görə, Kiyev hər gün müharibəyə müqavimət göstərmək və sülhə yaxınlaşmaq istiqamətində addımlar atır.

Əlaqəli Yazılar Xüsusi