Ev Hərbi Xəbərlərİran raketlərinin mənzilini artırmağa hazırlaşır

İran raketlərinin mənzilini artırmağa hazırlaşır

by Baş Redaktor
58 Baxış

İranda raketlərin uçuş məsafəsinin artırılması məsələsi Silahlı Qüvvələrin prioritet istiqamətlərindən birinə çevrilib. Bu qərarın İranın Ali rəhbəri Müctəba Xameneinin tapşırığı əsasında yeni təhdidlərə qarşı hazırlıq məqsədilə qəbul edildiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə İranın “Bəsic” təşkilatı rəhbərinin müavini Qasım Qureyşi açıqlama verib.

Onun sözlərinə görə, raket və aerokosmik qüvvələr müəyyənləşdirilmiş strategiyanın icrası üçün bütün imkanlarını səfərbər edəcəklər.

Qureyşi qeyd edib ki, ABŞ qüvvələrinin regionu tərk edərək daha uzaq hərbi bazalara və ərazilərə yerləşməsi ehtimalı da nəzərə alınmalıdır. Bu səbəbdən İran Silahlı Qüvvələrinin raket sistemlərinin uçuş məsafəsinin və mümkün cavab zərbələrinin effektivliyinin artırılması vacib hesab olunur.

banner

Əlaqəli Yazılar Xüsusi