Ev DünyaUşakov: “Putinlə Trampın görüşü mütləq baş tutacaq”

Uşakov: “Putinlə Trampın görüşü mütləq baş tutacaq”

by Baş Redaktor
44 Baxış

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp AŞƏT sammiti çərçivəsində hətta bir neçə dəfə ünsiyyət qura bilərlər.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Onların görüşəcəyi artıq razılaşdırılıb. Hətta bu gün axşam bütün liderlərin iştirak edəcəyi rəsmi şam yeməyi zamanı da görüşə bilərlər”, – deyə Uşakov qeyd edib.

İki prezident arasında tamformatlı ikitərəfli görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab verən Uşakov bildirib:

banner

“Liderlər görüşəcəklər və inanın ki, onların arasında hərtərəfli söhbət baş tutacaq. Bunun kreslolarda, stullarda əyləşərək, yaxud sadəcə ayaqüstə, bir-birinin gözünün içinə baxaraq söhbət etməklə baş verməsinin fərqi yoxdur. Görüş mütləq olacaq. Üstəlik, hesab edirəm ki, prezidentimizlə ABŞ prezidenti AŞƏT-in işi çərçivəsində bir neçə dəfə ünsiyyətdə olacaqlar”.

Əlaqəli Yazılar Xüsusi