Ev DünyaTürkiyə Qəzza üçün hərəkətə keçir: Konteyner evlər göndəriləcək?

Türkiyə Qəzza üçün hərəkətə keçir: Konteyner evlər göndəriləcək?

by Baş Redaktor
46 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında davam edən humanitar böhranın qarşısının alınması üçün müsəlman dövlətlərinin İsrailə qarşı təzyiqləri gücləndirməsinin vacibliyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə lideri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışı zamanı danışıb.

Ərdoğan Qəzzada mülki əhalinin üzləşdiyi ağır şəraitə diqqət çəkərək, xüsusilə uşaqların soyuq və su basmış ərazilərdə, lazımi sığınacaq imkanlarından məhrum vəziyyətdə yaşamağa məcbur qaldığını bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyət müsəlman ölkələrinin İsrailə qarşı daha təsirli təzyiq mexanizmlərindən istifadə etməsini zəruri edir.

banner

Türkiyə Prezidenti, həmçinin ölkəsinin Qəzza sakinlərinə dəstək məqsədilə konteyner tipli yaşayış məntəqələri göndərməyə hazır olduğunu vurğulayıb.

Ərdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyətin bir hissəsi bölgədə baş verənlərə biganə yanaşsa da, Ankara humanitar məsuliyyətindən geri çəkilməyəcək və Qəzzaya yardım göstərilməsini davam etdirəcək.

Əlaqəli Yazılar Xüsusi