Ev DünyaAnkarada tarixi NATO Zirvəsi başladı – Dünya liderləri Türkiyədə

Ankarada tarixi NATO Zirvəsi başladı – Dünya liderləri Türkiyədə

by Baş Redaktor
47 Baxış

Bu gün Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı işə başlayır.

Army.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

İki gün davam edəcək sammit çərçivəsində Türkiyənin paytaxtı Alyansa üzv 32 ölkənin liderini, minlərlə diplomat, beynəlxalq təşkilat nümayəndəsi və media təmsilçisini qəbul edəcək.

Bildirilib ki, toplantının əsas müzakirə mövzuları NATO-nun çəkindirmə və müdafiə imkanlarının artırılması, Avroatlantik məkanın təhlükəsizliyi, müdafiə büdcələrinin artırılması, Alyansın gələcək strateji prioritetləri, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri olacaq.

banner

Sammit çərçivəsində dövlət və hökumət başçılarının ikitərəfli görüşləri, həmçinin müxtəlif formatlarda yüksək səviyyəli tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi