ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubaya qarşı iqtisadi təzyiqləri daha da gücləndirmək niyyətindədir.
Army.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Rubionun sözlərinə görə, Vaşinqton Havana üçün ABŞ sanksiyalarını aşmağa imkan verən bütün yolları bağlamağı hədəfləyir və məhdudiyyətlərdən yayınmaq cəhdlərinin qarşısı alınacaq:
“Kuba tarixində ilk dəfə xarici himayədardan məhrum vəziyyətdədir və eyni zamanda Vaşinqtonun xüsusi diqqət mərkəzindədir. Kubaya qarşı təzyiq kampaniyası ən azı növbəti iki il yarım davam edəcək. Bu müddətdə yeni sanksiyalar tətbiq olunacaq və Trampın prezidentlik müddətinin sonuna qədər Kuba “geri dönməz dəyişikliklər yoluna qədəm qoyacaq”.
