İran ABŞ Prezidenti Donald Trampı Tehranla uzunmüddətli qarşıdurmaya cəlb etməyə yönəlmiş strategiya hazırlayıb.
Army.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin diplomatik redaktoru Patrik Vintur məlumat verib.
Onun iddiasına görə, İranın məqsədi uzanan danışıqlar prosesi vasitəsilə Tramp administrasiyasını gərginlik içində saxlamaq və ABŞ prezidentinin siyasi mövqeyinə təsir göstərməkdir.
Vintur qeyd edib ki, Tehran Trampın prezidentliyinə 1979–1981-ci illərdə ABŞ Prezidenti Cimmi Karterin hakimiyyətinə ciddi zərbə vuran girov böhranına bənzər siyasi təsir göstərməyə ümid edə bilər.
Məqalədə vurğulanır ki, İranda bəzi dairələr üçün Trampdan qisas almaq münaqişənin ayrıca məqsədi kimi qəbul olunur. Bu mövqenin İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimində səslənən çağırışlarda əks olunduğu iddia edilir.
