Ev DünyaVaşinqtonun yeni alyansına daha bir ölkə qoşulur

Vaşinqtonun yeni alyansına daha bir ölkə qoşulur

by Baş Redaktor
138 Baxış

Kolumbiyanın yeni Prezidenti Abelardo de la Espriyelya ölkəsinin ABŞ-nin təşəbbüsü ilə yaradılmış “Amerikaların Qalxanı” (Shield of the Americas) alyansına qoşulacağını açıqlayıb.

Army.az xəbər verir ki, o, bu barədə andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında bildirib.

Prezident qeyd edib ki, mərasimdən sonra imzalayacağı ilk sənədlərdən biri Kolumbiyanın alyansa qoşulması ilə bağlı olacaq.

“Bu təşəbbüs qüvvələri birləşdirməyə, strateji məlumat mübadiləsini genişləndirməyə və milli, eləcə də regional təhlükəsizliyə təhdid yaradan risklərə qarşı azad ölkələrin birgə fəaliyyətini gücləndirməyə imkan verəcək”, – deyə Espriyelya vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi