16
İran müharibə istəmir, lakin təhlükə yaranacağı halda qarşıdurmaya hazırdır.
Army.az xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei məlumat yayıb.
“Müharibəni alqışlamırıq, amma ondan qorxmuruq. Əgər ləyaqətimiz təhdid altına düşərsə, mübarizə aparacağıq”, – deyə o vurğulayıb.