Ev DünyaXameneidən ABŞ-a xəbərdarlıq: Növbəti hücumun cavabı daha ağır olacaq

Xameneidən ABŞ-a xəbərdarlıq: Növbəti hücumun cavabı daha ağır olacaq

by Baş Redaktor
7 Baxış

İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ-ın İrana qarşı hərbi müdaxiləni yenidən gündəmə gətirəcəyi təqdirdə, Vaşinqtonun daha genişmiqyaslı cavabla üzləşəcəyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ ilə güzəştə getməklə bu ölkənin İrana qarşı düşmən mövqeyini dəyişəcəyinə ümid edənlər yanılırlar.

Xamenei bildirib ki, Vaşinqtonun əsas məqsədi İran xalqını tam təslimiyyətə məcbur etməkdir. O vurğulayıb ki, ABŞ qarşısında istənilən geri çəkilmə şəhidlərin qanı və xalqın fədakarlığı hesabına əldə olunan nailiyyətləri təhlükə altına qoya bilər.

banner

İran liderinin fikrincə, belə bir mövqe ABŞ-ı daha çox tələb irəli sürməyə, gələcəkdə yeni müharibələrə və hərbi müdaxilələrə əl atmağa təşviq edər.

Əlaqəli Yazılar Xüsusi