Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdə baş verən proseslər və NATO-nun fəaliyyəti ilə bağlı bir sıra açıqlamalar verib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Lavrov İŞİD-in yaranmasını ABŞ-ın İraqa müdaxiləsi ilə əlaqələndirib. O, həmçinin regionda regiondankənar dövlətlərin müdaxiləsinə son qoyulmasının vacibliyini vurğulayıb.
Rusiya XİN rəhbəri NATO-nun özünü müdafiə alyansı kimi təqdim etdiyini, lakin bunun Yuqoslaviya, Əfqanıstan və Liviyadakı hadisələrin qarşısını almadığını bildirib.
NATO-nun Rusiyanın mümkün hücumuna qarşı yeni planları ilə bağlı suala isə Lavrov ironik şəkildə cavab verib:
“Bilirsiniz, mən buna bir növ fəlsəfi yanaşıram”.
