Rusiya Prezidenti Vladimir Putin bu yaz Avropaya qarşı müharibəyə başlamağa qərar verə bilər.
Army.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu Ukraynada çıxılmaz vəziyyətə düşüb, Rusiya iqtisadiyyatı zəifləyib və qələbə şansları demək olar ki, qalmayıb. Buna görə də Kreml yeni eskalasiya addımına gedə bilər.
Söhbət NATO-nun həqiqi müdafiə hazırlığını yoxlamaq məqsədilə Baltikyanı ölkələrdən birinə hücum ehtimalından gedir.
Məqalənin yekununa görə, əgər Avropa kifayət qədər sürətlə silahlanmasa və Qərb zəiflik göstərsə, Putin bunun daha yaxşı fürsət olmayacağını düşünə bilər.
