Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynaya məxsus pilotsuz uçuş aparatının Estoniyanın hava məkanına daxil olmasından sonra Kiyevə ehtiyatlı davranmaq çağırışı edib.
Army.az xəbər verir ki, o, bu fikirləri mətbuat konfransında səsləndirib.
Nazirin sözlərinə görə,Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyası NATO ölkələrinin təhlükəsizliyini riskə atmamaq üçün hədəflərini daha dəqiq müəyyən etməlidir:
“Ukrayna bu məsələdə diqqətli olmalıdır və NATO ölkələrinin təhlükəsizliyini təhdid etməməlidir”.
