Ev DünyaQəzzada bərpa prosesi dayandırılır? ABŞ və İsrail şərti açıqladı

Qəzzada bərpa prosesi dayandırılır? ABŞ və İsrail şərti açıqladı

by Baş Redaktor
84 Baxış

ABŞ və İsrail Qəzza zolağında HƏMAS tam şəkildə tərksilah edilənə qədər həm hərbi qüvvələrin yenidən yerləşdirilməsini, həm də ərazidə bərpa prosesinin başlanmasını təxirə salmaq barədə razılığa gəlib.

Army.az xəbər verir ki, bu barədə “Euronews” yazıb.

İsrailin yüksək vəzifəli rəsmilərindən biri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşnerin İsrail rəhbərliyi ilə keçirdiyi görüşlərin ciddi nəticə vermədiyini bildirib. Onun sözlərinə görə, danışıqlar zamanı Vaşinqtonun Qəzza ilə bağlı hazırladığı sülh planının icrası istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.

Yaxın Şərq səfəri çərçivəsində Kuşner HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyə və İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu təmaslar Netanyahu tərəfindən münaqişənin başa çatdırılması məqsədilə hazırlanmış 15 bəndlik yeni “yol xəritəsinin” ayın əvvəlində rədd edilməsindən sonra reallaşıb.

banner

Əlaqəli Yazılar Xüsusi