Rusiya Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin əvəzlənməsi məsələsini nəzərdən keçirir.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Kopırkinin diplomatik missiyasını gələn ilin yanvar ayına qədər başa çatdıracağı ehtimal edilir. Bununla əlaqədar onun yerinə yeni namizədin müəyyənləşdirilməsi məsələsi yenidən gündəmə gəlib.
Sergey Kopırkin 2018-ci ilin aprelində Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə təyin olunub. Ermənistan mətbuatının iddiasına əsasən, diplomat fəaliyyəti dövründə nə ölkənin hakimiyyəti, nə də Rusiyaya yaxın siyasi dairələrin nümayəndələri ilə gözlənilən səviyyədə əməkdaşlıq əlaqələri qura bilib.
