Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan məhsullarının Rusiyaya tədarükünə tətbiq edilən məhdudiyyətlər ölkə daxilində Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı mənfi münasibətin formalaşmasına səbəb olur.
Army.az xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda rusiyalı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, Ermənistan üçün ciddi problem olan bu məhdudiyyətlər eyni zamanda Aİİ üçün də mühüm məsələdir. Baş nazir qeyd edib ki, təşkilatın əsasını təşkil edən fundamental prinsiplər tam şəkildə həyata keçirilməsə, ittifaq böhranla üzləşə bilər.
Paşinyan vurğulayıb ki, Aİİ çərçivəsində üzv ölkələr arasında qarşılıqlı ticarət və əməkdaşlıq üçün nəzərdə tutulan qaydaların qorunması vacibdir. Onun fikrincə, bu prinsiplərin pozulması təşkilata üzv ölkələr arasında etimad məsələsinə mənfi təsir göstərə bilər.
