Ev Hərbi XəbərlərUkrayna Krımdakı Rusiya aerodromunu vurdu

Ukrayna Krımdakı Rusiya aerodromunu vurdu

by Baş Redaktor
90 Baxış

Ukrayna ordusunun işğal altındakı Krım yarımadasında yerləşən Qvardeyskoye hərbi aerodromuna zərbə endirdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Krımski Veter” məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində aerodrom ərazisində yerləşən yanacaq-sürtkü materialları anbarında yanğın başlayıb. Həmçinin atıcı silahlara aid sursatların partlayış səslərinin eşidildiyi qeyd olunub.

Bildirilib ki, Rusiya ordusu sözügedən aerodromdan “Şahid” tipli pilotsuz uçuş aparatlarını buraxmaq üçün istifadə edir.

banner

Əlaqəli Yazılar Xüsusi