Qərb ölkələrinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə bağlı heç bir güzəştə getməmək tapşırığı verdiyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib.
Onun sözlərinə görə, Qərbdəki tərəfdaşlar Zelenskidən Rusiyaya qarşı mövqeyini dəyişməməyi tələb edir və bunu siyasi ritorika ilə əsaslandırırlar.
Medvedçuk iddia edib ki, Qərb ölkələri Moskva ilə müstəqil şəkildə danışıqlar aparmaq və razılaşma əldə etmək məqsədi güdmür.
