Ev DünyaRumıniya: Ukraynaya maliyyə dəstəyi göstərmək imkanımız yoxdur

Rumıniya: Ukraynaya maliyyə dəstəyi göstərmək imkanımız yoxdur

by Baş Redaktor
81 Baxış

Rumıniyanın hazırda Ukraynaya əlavə maliyyə yardımı göstərmək üçün imkanlarının olmadığı bildirilib.

Army.az xəbər verir ki, bu barədə Rumıniyanın “Rumınların Birləşməsi Alyansı” (AUR) partiyasının sədr müavini Dan Dungakyu deyib.

Onun sözlərinə görə, ölkədə büdcə kəsiri və iqtisadi çətinliklər səbəbindən Rumıniya hazırda Ukraynaya maliyyə və iqtisadi dəstək vermək imkanına malik deyil.

Dungakyu vurğulayıb ki, Rumıniya Avropa İttifaqının Kiyevə yardım proqramlarına mane olmayacaq. Lakin ölkənin bu istiqamətdə əlavə maliyyə öhdəlikləri götürmək imkanının olmadığını qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi