Ev DünyaZelenskinin Serbiya səfəri Rusiyada narazılıq yaratdı

Zelenskinin Serbiya səfəri Rusiyada narazılıq yaratdı

by Baş Redaktor
123 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin Serbiyaya səfərinin arxasında Avropa İttifaqının Belqrada təzyiq göstərməsi dayanıb.

Army.az xəbər verir ki, bu iddianı Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenko səsləndirib.

Diplomatın sözlərinə görə, Serbiya Prezidenti Aleksandr Vuçiç və ölkə rəhbərliyinin son dövrdə atdığı bir sıra addımlar Brüsselin təzyiqi ilə həyata keçirilir. O, Zelenskinin Serbiyaya səfərini də bu siyasətin nəticəsi kimi qiymətləndirib:

“Moskva üçün bu səfər gözlənilməz olmayıb. Serbiyanın Avropa İttifaqına üzvlüyə namizəd statusu Belqradın Brüsseldən gələn tələblərə daha həssas olmasına səbəb olur”.

banner

Qeyd edək ki, Zelenski avqustun əvvəlində Serbiyaya ilk rəsmi səfərini edib.

Əlaqəli Yazılar Xüsusi