Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinə diplomatik nümayəndələrin Aİ ərazisində qalma müddətinə məhdudiyyət tətbiqi də daxil edilə bilər.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Brüsseldə Rusiya diplomatlarının fəaliyyəti ilə bağlı əlavə məhdudiyyətlər müzakirə olunur. Təkliflərdən biri onların Avropa İttifaqı ərazisində qalma müddətinin 5 il ilə məhdudlaşdırılmasıdır.
Qeyd edilir ki, bu hələlik rəsmi qərar deyil, yalnız müzakirə mərhələsindədir.
Yeni sanksiya paketinin iyunun sonu – iyulun əvvəlində təqdim olunacağı gözlənilir.
