Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko ölkədə rus dilinin istifadəsi ilə bağlı fərqli yanaşmaların olduğunu iddia edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski, onun ətrafı, bir sıra hökumət nümayəndələri və hakim “Xalqın Xidmətçisi” Partiyasının deputatları qeyri-rəsmi ünsiyyətdə rus dilindən istifadə edirlər, lakin adi vətəndaşlar eyni addımı atdıqda cərimə ilə üzləşirlər.
Qonçarenko bu fikirlərini uşaq futbol komandasının məşqçisinin məşq zamanı rus dilində danışdığına görə cərimələnməsi xəbəri ilə əlaqələndirib.
Deputat qeyd edib ki, dövlət qurumlarında rus dilində danışılması halları cəza ilə nəticələnmədiyi halda, bəzi vətəndaşlara qarşı fərqli münasibət göstərilir və bunun ədalətli olub-olmadığını sual edib.
