Ev DünyaKTMT ilə bağlı kritik mərhələ: Rusiya Ermənistandan cavab gözləyir

KTMT ilə bağlı kritik mərhələ: Rusiya Ermənistandan cavab gözləyir

by Baş Redaktor
21 Baxış

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) gələcək statusu ilə bağlı aydın mövqe ortaya qoymasını gözlədiyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev açıqlama verib.

O bildirib ki, İrəvan təşkilatdakı iştirakına dair yekun qərar qəbul etməli və bu barədə tərəfdaşlarını məlumatlandırmalıdır.

Vasilyev vurğulayıb ki, Ermənistan qarşısında iki seçim dayanır: ya KTMT-də fəaliyyətini davam etdirmək, ya da başqa bir yol seçmək.

banner

“Qərar vermək lazımdır – təşkilatda qalacaqlar, yoxsa fərqli ssenariyə üstünlük verəcəklər. Bu barədə bizi məlumatlandırmalıdırlar”, – deyə rusiyalı diplomat qeyd edib.

Onun sözlərinə görə, Moskva Ermənistanın mövqeyinin rəsmən açıqlanmasını gözləyir və bu məsələdə müəyyənliyin yaranmasının vacib olduğunu hesab edir.

Əlaqəli Yazılar Xüsusi