Ev DünyaTramp: İran razılıq istəyir, amma nə etdiyini bilmir

Tramp: İran razılıq istəyir, amma nə etdiyini bilmir

by Baş Redaktor
77 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılıq əldə etməyə çalışdığını, lakin bu prosesin necə nəticələnəcəyini hələ müəyyən edə bilmədiyini bildirib.

Army.az xəbər verir ki, Tramp bu fikirləri Ankarada keçirilən NATO sammitindən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

ABŞ lideri İranın razılaşmaya həqiqətən hazır olub-olmadığına əmin olmadığını deyib.

“İranlıları artıq daha yaxşı tanıyıram. Əvvəllər onların daha rasional qərarlar verəcəyini düşünürdüm. Lakin son bir-iki həftədə atdıqları addımlar göstərdi ki, onlar öz xalqının maraqlarına uyğun davranmırlar”, – deyə Tramp vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi