Ev DünyaƏraqçi İslamabada gedir – ABŞ-İran görüşü başlanır?

Əraqçi İslamabada gedir – ABŞ-İran görüşü başlanır?

by Baş Redaktor
28 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi kiçik müşavir heyəti ilə İslamabada gedir.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Pakistan hökumətindəki mənbənin bildirdiyinə görə, ABŞ-la sülh danışıqlarının keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir.

Eyni zamanda qeyd olunur ki, ABŞ-ın logistika və təhlükəsizlik üzrə mütəxəssis qrupu artıq görüşün hazırlanması məqsədilə İslamabadda yerləşir. Lakin ABŞ-ın görüşdə iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi məlumat verilməyib.

banner

Əlaqəli Yazılar Xüsusi