İspaniya Baş naziri Pedro Sançes NATO-dan ölkəsinin mümkün çıxarılması ilə bağlı yayılan xəbərləri şərh edib.
Army.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İspaniya NATO-nun etibarlı üzvüdür və bütün öhdəliklərini yerinə yetirir, buna görə də bu cür iddialardan narahat deyil. Hökumət qərarlarını elektron məktublara deyil, rəsmi sənədlərə və ABŞ administrasiyasının mövqeyinə əsaslanaraq qəbul edir. İspaniya müttəfiqlərlə tam əməkdaşlığın tərəfdarıdır, lakin bu əməkdaşlıq hər zaman beynəlxalq hüquq çərçivəsində olmalıdır”, – deyə qeyd edib.