ABŞ ilə Səudiyyə Ərəbistanı arasında imzalanan nüvə əməkdaşlığı sazişi İsraildə ciddi narahatlıqla qarşılanıb.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, razılaşma Səudiyyə Ərəbistanına ABŞ texnologiyalarından istifadə etməklə nüvə reaktorları inşa etmək və uranın zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərmək imkanı yaradır.İsrailin keçmiş baş naziri Naftali Bennet hesab edir ki, Təl-Əvivin prosesdən kənarda qalması ölkənin təhlükəsizlik maraqları baxımından ciddi strateji uğursuzluqdur.
Onun fikrincə, sözügedən saziş Yaxın Şərqdə silahlanma yarışını sürətləndirə və regionda təhlükəsizlik balansına təsir göstərə bilər.
