İsrail hesab edir ki, Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulması Yaxın Şərqdə sülh prosesində mühüm dönüş nöqtəsi ola bilər.
Army.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun administrasiyasının yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyatlar, eləcə də Tehranın bölgədəki silahlı müttəfiqlərinin zəifləməsi regionda sülh və normallaşma prosesinin genişlənməsi üçün yeni imkanlar yaradıb.
“Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulması Yaxın Şərqdə sülh yolunda tarixi inkişaf olacaq”, – deyə İsrail hökumətinin bəyanatında vurğulanıb.
