Ev DünyaKİV: Ermənistan hökuməti kapital xərclərini dondurub

KİV: Ermənistan hökuməti kapital xərclərini dondurub

by Baş Redaktor
40 Baxış

Ermənistanda dövlət büdcəsində nəzərdə tutulan kapital xərclərinin böyük hissəsinin icra olunmadığı iddia edilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət faktiki olaraq büdcədə nəzərdə tutulmuş kapital qoyuluşlarının icrasını dayandırıb.

Bildirilir ki, bu vəsaitlər iqtisadi layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və müdafiə sahəsində proqramların həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

banner

Məqalədə qeyd olunur ki, cari ilin ilk aylarında kapital xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azalıb.

Belə ki, ötən ilin ilk beş ayında dövlət büdcəsi hesabına təxminən 205 milyard dram kapital xərcləndiyi halda, bu il həmin göstərici 109 milyard dram səviyyəsinə enib.

Əlaqəli Yazılar Xüsusi