Ev DünyaXandanyan: “Azərbaycan var, bizə Rusiya lazım deyil

Xandanyan: “Azərbaycan var, bizə Rusiya lazım deyil

by Baş Redaktor
10 Baxış

Ermənistan-Rusiya münasibətlərinin mövcud reallıqlara uyğun şəkildə yenilənməsinə ehtiyac var. Bununla belə, bu proses iki ölkə arasında əlaqələrin tamamilə dayandırılması ilə nəticələnməməlidir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan belə açıqlama verib.

O bildirib ki, Rusiya artıq Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu oynaya bilməz. Xandanyanın sözlərinə görə, regionda münaqişə başa çatıb və Ermənistanla Azərbaycan arasında sülh əldə olunub.

Deputat qeyd edib ki, yaranmış yeni şərait Ermənistanın Rusiya ilə münasibətlərinə də yenidən baxılmasını zəruri edir. Bununla belə, o, Moskva ilə əlaqələrin kəsilməsinin gündəmdə olmadığını vurğulayıb.

banner

“Əksinə, Ermənistan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi üçün kifayət qədər imkan mövcuddur. Bunun əsas şərtlərindən biri isə Rusiyanın Ermənistanın suveren qərarlarına hörmətlə yanaşmasıdır”, – Xandanyan deyib.

Əlaqəli Yazılar Xüsusi