Ev Dünyaİran ABŞ-a 3 şərt göndərdi – Trampın cavabı gözlənilir

İran ABŞ-a 3 şərt göndərdi – Trampın cavabı gözlənilir

by Baş Redaktor
15 Baxış

İran ABŞ ilə danışıqları bərpa etmək üçün irəli sürdüyü şərtləri Qətərin vasitəçiliyi ilə Vaşinqtona çatdırıb.

Army.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayi “Al Jazeera”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehranın əsas tələbləri bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin açılması və dəniz blokadasının aradan qaldırılmasıdır.

Rzayi bildirib ki, İran bu şərtlərin ABŞ-nin də maraqlarına uyğun olduğunu düşünür. O əlavə edib ki, tələblər qəbul edilməsə, Tehran müharibəyə hazır olacaq.

banner

İran rəsmisi bildirib ki, hazırda ABŞ Prezidenti Donald Trampın cavabı gözlənilir.

Əlaqəli Yazılar Xüsusi