Ev Dünyaİran–ABŞ dialoqunda gərgin anlar: proses niyə yarımçıq qaldı?

İran–ABŞ dialoqunda gərgin anlar: proses niyə yarımçıq qaldı?

by Baş Redaktor
18 Baxış

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı ABŞ ilə aparılan danışıqların gedişi və sonrakı fasilə barədə açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Onun sözlərinə görə, İran və ABŞ arasında vasitəçilər vasitəsilə aparılan müzakirələr günorta saat 15:00 radələrində başlayıb və təxminən bir saat yarım davam edib. Daha sonra tərəflər arasında qısa fasilə elan olunub və danışıqların yenidən başlaması planlaşdırılıb.

Bəqayi bildirib ki, məhz bu fasilə zamanı ABŞ rəsmilərinin sərt və təhdid xarakterli bəyanatları yayılıb. Bu səbəbdən, nəzərdə tutulan dördtərəfli formatda dialoq davam etməyib.

banner

Nazirlik sözçüsünün açıqlamasına görə, bundan sonra tərəflər arasında birbaşa görüşlər dayandırılıb və kommunikasiya yalnız vasitəçilər üzərindən mesajların ötürülməsi formasında davam etdirilib.

Əlaqəli Yazılar Xüsusi