Ev DünyaPaşinyan: “Bizi böyük işlər gözləyir”

Paşinyan: “Bizi böyük işlər gözləyir”

by Baş Redaktor
21 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı dövrdə ölkə qarşısında mühüm vəzifələrin dayandığını bildirib.

Army.az xəbər verir ki, o, Baş nazir Administrasiyasının yeni rəhbəri Lilit Makuntsun təqdimat mərasimində çıxışı zamanı qeyd edib ki, qarşıdakı illər Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından mühüm mərhələ olacaq.

Paşinyanın sözlərinə görə, növbəti beşillik dövr ölkə üçün həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradacaq:

“Əsas məqsəd yaranan imkanlardan səmərəli istifadə etmək və qarşıdakı problemləri düzgün idarə etməkdir. Hökumət artıq böyük təcrübəyə malikdir və bu təcrübə mühüm üstünlük hesab olunur. Bununla yanaşı, uzunmüddətli fəaliyyətin müəyyən rahatlıq və passivlik yaratmaması üçün diqqətli olmaq lazımdır”.

banner

Əlaqəli Yazılar Xüsusi