Ev Dünya“Moskva təxribatları artırır” – Meloni

“Moskva təxribatları artırır” – Meloni

by Baş Redaktor
25 Baxış

“Rusiyanın son dövrlərdəki addımları təxribatdır. Avropa bu cür proseslərə ehtiyatla yanaşmalıdır”.

Army.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı döyüş meydanında yaranan vəziyyətdən diqqəti yayındırmaq və Avropa ilə gərginliyi artırmaq məqsədilə müxtəlif təxribatlara əl atır:

“Düşünürəm ki, hər kəs son həftələr ərzində Rusiyanın təxribatlarının artdığını müşahidə edir. Bir sıra belə hallar baş verib. Burada özümüzə bir sual verməliyik: niyə?”

banner

Meloni hesab edir ki, Moskvanın bu addımlarının əsas məqsədlərindən biri diqqəti Ukraynadakı vəziyyətdən yayındırmaqdır. Onun sözlərinə görə, bu, Rusiyanın müharibənin gedişi ilə bağlı verdiyi vədlərlə real vəziyyət arasındakı fərqi gündəmdən çıxarmağa xidmət edə bilər.

“Putinin diqqəti yayındırmağa ehtiyacı var. O, Avropa ilə gərginlik yaratmağa və bununla da döyüş meydanındakı vəziyyətdən diqqəti uzaqlaşdırmağa çalışır. Halbuki hadisələrin inkişafı onun vədlərinin əksinə gedir”, – Meloni vurğulayıb.

İtaliya Baş naziri həmçinin Avropanın Rusiyanın atdığı addımlara emosional reaksiya verməməsinin vacibliyini qeyd edib.

“Bu gərginliyin kimə sərfəli olduğunu müəyyən etməli və buna uyğun hərəkət etməliyik. Təxribatlara uymamalıyıq. Belə davranmaq Rusiyaya Avropadan daha çox fayda verəcək”, – deyə Meloni əlavə edib.

Əlaqəli Yazılar Xüsusi