Ev DünyaPakistanda məsciddə güclü partlayış : 15 nəfər ölüb

Pakistanda məsciddə güclü partlayış : 15 nəfər ölüb

by Baş Redaktor
7 Baxış

Pakistanın Hayber-Paxtunxva əyalətinin Kohat rayonunda məscidin yaxınlığında güclü partlayış baş verib.

Army.az xəbər verir ki, bu barədə “The News Pakistan” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ən azı 15 nəfər həyatını itirib, 50-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayışın cümə namazının keçirildiyi vaxt baş verdiyi bildirilir. Güclü partlayış ərazidə ciddi dağıntılara səbəb olub. Məscidin qarşısında böyük çuxur əmələ gəlib, tikilinin divarlarından biri isə uçub.

banner

Hadisə zamanı yaralananlar arasında polis əməkdaşlarının da olduğu qeyd edilir.

Xəsarət alan şəxslər yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Hadisənin səbəbləri və partlayışın kim tərəfindən törədildiyi ilə bağlı araşdırma aparılır.

Əlaqəli Yazılar Xüsusi