Türkiyə Qara dənizdə türk gəmilərinin hədəfə alınması ilə bağlı Ukraynanın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Army.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ukrayna diplomatik nümayəndəsinə Qara dənizdə baş verən insidentlərlə bağlı Türkiyənin narazılığı çatdırılıb.
Türkiyə XİN-dəki diplomatik mənbələrə əsasən, avqustun 26-da Türkiyə tərəfindən idarə olunan “Lider Bordo Mavi” yük gəmisinə Tuapse yaxınlığında raket zərbəsi endirilib.
Hadisədən bir gün sonra isə zədələnmiş gəminin yedəyə alınması üçün bölgəyə göndərilən “Lider Kocatepe”yə də hücum edilib. Məlumata görə, gəmi Ukrayna qüvvələri tərəfindən birbaşa hədəfə alınıb.
İnsidentlərin fonunda Ukrayna səfirinin Türkiyə XİN-ə çağırılması Ankaranın hadisəyə ciddi reaksiya verdiyini göstərir.
