Ev DünyaKaya Kallas: Omanla münasibətlərdə yeni mərhələ başlayır

Kaya Kallas: Omanla münasibətlərdə yeni mərhələ başlayır

by Baş Redaktor
26 Baxış

Avropa İttifaqının Omanın paytaxtı Maskatda nümayəndəlik açması tərəflər arasında münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirilir.

Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində paylaşım edib.

Kallas bildirib ki, yeni diplomatik missiya Avropa İttifaqının Omana, Fars körfəzi ölkələrinə və regionda təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə sadiqliyini nümayiş etdirir.

O qeyd edib ki, Aİ-nin hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 145 nümayəndəlikdən ibarət diplomatik şəbəkəsi təşkilatın ən mühüm strateji üstünlüklərindən biridir. Kallasın sözlərinə görə, Maskatda nümayəndəliyin açılması Avropa İttifaqının regiondakı diplomatik mövcudluğunu daha da genişləndirəcək.

banner

Əlaqəli Yazılar Xüsusi