Ev DünyaHusilərdən iddia: Səudiyyə F-15-i raketlə vuruldu

Husilərdən iddia: Səudiyyə F-15-i raketlə vuruldu

by Baş Redaktor
28 Baxış

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcısının vurulduğunu iddia ediblər.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onların yaydığı məlumata görə, hadisə Məarib şəhəri üzərində baş verib. Husilər qırıcının yerli istehsal olan “yer-hava” tipli raketlə vurulduğunu bildiriblər.

İddianı təsdiqləyən qalıq görüntüləri və pilotun taleyi ilə bağlı hər hansı məlumat açıqlanmayıb. Səudiyyə Ərəbistanı da itkilərlə bağlı bu məlumatı təsdiqləməyib.

banner

Husilər, həmçinin Səudiyyə Ərəbistanının digər aviasiya birləşmələrini geri çəkilməyə məcbur etdiklərini iddia edirlər.

Bundan əlavə, onların açıqlamasında bildirilir ki, həmin həftə Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəmənə 450-dən çox hava zərbəsi endirib.

Əlaqəli Yazılar Xüsusi