İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin maliyyə naziri Skott Bessentin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalarla bağlı açıqlamasını sərt şəkildə tənqid edib.
Army.az xəbər verir ki, Bəqayi bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, Bessentin fikirləri Vaşinqtonun sanksiyalardan həddindən artıq istifadə etdiyini göstərir.
İran XİN sözçüsünün sözlərinə görə, ABŞ tətbiq etdiyi məhdudiyyətlər gözlənilən nəticəni vermədikdə, sanksiyaların əhatə dairəsini daha da genişləndirməyə çalışır.
Bəqayi vurğulayıb ki, Vaşinqtonun bu siyasəti İranı zəiflətməyəcək.
