Moskva vilayətinin keçmiş keşişi Vasili Ptaşinski Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd törətməyə çağırışlar etdiyi üçün üç il doqquz ay müddətinə azadlıqdan məhrum edilib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə — terrorçuluğa açıq çağırışlar və dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərlə bağlı ittihamlar üzrə təqsirli bilinib.
İstintaq müəyyən edib ki, Ptaşinski 2023-cü ilin aprelində «Odnoklassniki» sosial şəbəkəsində paylaşım edib. Həmin paylaşımda o, bir qrup naməlum şəxsi Rusiya prezidentinə qarşı sui-qəsd cəhdləri həyata keçirməyə təhrik edib.
