“Bolqarıstanda keçirilən seçkilərdən sonra anti-Ukrayna koalisiyası formalaşa bilər”.
Army.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin deyib.
Diplomatın sözlərinə görə, Bolqarıstan tarixən Rusiyaya yönümlü olub və bu, Kiyev üçün müəyyən problemlər yarada bilər. O əlavə edib ki, yeni hökumət qətiyyən pro-Ukrayna mövqeyi tutmayacaq.
“Bolqarıstan həmişə Rusiyaya meylli olub. Bunun tarixi kökləri var”, – deyə Klimkin izah edib.
O bildirib ki, yeni Bolqarıstan hökuməti Kiyev üçün həm maliyyə, həm də siyasi problemlər yarada bilər.
