Ev DünyaVuçiç: “Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir”

Vuçiç: “Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir”

by Baş Redaktor
63 Baxış

Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiçin açıqlamasına görə, Avropa İttifaqı (Aİ) Belqradın birliyə üzvlük prosesində Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmasını tələb edir.

Army.az xəbər verir ki, bu barədə Serbiyanın “Blic” nəşri Vuçiçin fikirlərinə istinadən məlumat yayıb.

Onun bildirdiyinə görə, Aİ ilə aparılan danışıqların 31-ci fəslinə əsasən, Serbiyadan hazırkı mərhələdə xarici siyasətini Avropa İttifaqının mövqeyi ilə tam uzlaşdırması gözlənilir.

Vuçiç qeyd edib ki, Serbiyanın yaxın perspektivdə Aİ-yə qəbul olunacağına inanmır. O, bununla yanaşı, Avropa bazarına çıxışın genişləndirilməsini və insanlar, mallar, kapital və xidmətlər üçün sərbəst hərəkət imkanlarının təmin edilməsini daha vacib hesab etdiyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi