Argentinanın San-Xuan əyalətində meşə yanğınlarının söndürülməsi üzrə hazırlıq təlimi zamanı “Bell 412” tipli helikopter qəzaya uğrayıb.
Army.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Marselo Orreqo “X” sosial şəbəkəsində paylaşım edib.
Qubernatorun sözlərinə görə, qəza nəticəsində yeddi nəfər ağır xəsarət alıb. Yaralananlar arasında dörd yüksək vəzifəli dövlət rəsmisinin də olduğu bildirilib.Hadisədən sonra əraziyə xilasedici qruplar göndərilib və zərərçəkənlərə yardım göstərilib.
İlkin məlumata əsasən, helikopter qonşu əyalətdə baş vermiş meşə yanğınlarının söndürülməsinə dəstək vermək üçün yola düşməzdən əvvəl təlim uçuşu həyata keçirirdi.
