Ev Rəsmi açıqlamaBakıda bağlanan universitetin tələbələrinin taleyi necə olacaq? – Nazirlik açıqladı

Bakıda bağlanan universitetin tələbələrinin taleyi necə olacaq? – Nazirlik açıqladı

by Baş Redaktor
13 Baxış

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

Army.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

“Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək”, – məlumatda qeyd olunub.

Əlaqəli Yazılar Xüsusi