Erməni siyasi analitik Qor Abramyan hesab edir ki, Ermənistan cəmiyyətinin konstitusiyaya dəyişikliklərə razılıq verməsi ölkədə revanşist meyillərin mövcud olmadığına dair Azərbaycana mesaj göndərmək baxımından əhəmiyyətlidir.
Army.az xəbər verir ki, ekspert bu fikri səsləndirərkən konstitusiya islahatlarının ictimai dəstək qazanmasının vacibliyini vurğulayıb.
Abramyanın sözlərinə görə, əgər cəmiyyət konstitusiya dəyişikliklərinin əleyhinə mövqe sərgiləsə, bu, Azərbaycana Ermənistanda revanşist ideologiyanın mövcudluğunu iddia etmək üçün hüquqi əsas verə bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bir gün əvvəl bildirib ki, konstitusiya dəyişiklikləri ilə bağlı qanun layihəsinin parlament müxalifəti tərəfindən əngəllənməsi halında hökumət alternativ siyasi addımları nəzərdən keçirəcək. Bu variantlar sırasında növbədənkənar parlament seçkilərinin keçirilməsi də var.
