Ermənistan parlamentinin “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryan ölkədə keçirilən BMT tədbirində Avropa ölkələrinin liderlərinin iştirak etməməsinə diqqət çəkib.
Army.az xəbər verir ki, Qazaryan bu barədə “Facebook” hesabında paylaşım edib.
O, yazısında Ermənistanın Avropaya inteqrasiya istiqamətindəki siyasətini və Qərbdən dəstək aldığını bildirən yanaşmaları istehza ilə tənqid edib.
Deputatın sözlərinə görə, Ermənistanda təşkil olunan BMT Liderlər Sammitinin açılış mərasimində heç bir Avropa ölkəsinin rəhbəri iştirak etməyib.
Tədbirə Qazaxıstan, Tacikistan, Qırğızıstan və Zənzibarın prezidentləri, Gürcüstanın baş naziri, eləcə də Əlcəzair Milli Şurasının sədri qatılıb.
