“Ukrayna ətrafında baş verən hadisələr daha genişmiqyaslı beynəlxalq qarşıdurmaya yol aça bilər”.
Army.az xəbər verir ki, bunu ABŞ Ordusunun istefada olan polkovniki Lavrence Vilkerson deyib.
O bildirib ki, qlobal vəziyyət getdikcə daha riskli xarakter alır:
“Dünyada qüvvələr balansının dəyişməsi prosesi gözlənildiyindən daha sürətlə gedir və Ukrayna bu prosesdə mühüm rol oynaya bilər. Avropa ölkələri və ümumilikdə Qərbin Kiyevə göstərdiyi dəstək də gərginliyin artmasına təsir göstərir. Qərb dövlətlərinin atdığı bəzi addımlar onların öz strateji maraqları ilə uzlaşmır”.
