ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə Moskvanı cəzalandırmaqdan yayınması Vladimir Putinin mövqeyini möhkəmləndirib.
Army.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer “The Hill” nəşrində yayımlanan məqaləsində səsləndirib.
Diplomat xatırladıb ki, Tramp prezident seçkiləri kampaniyası zamanı Ukraynadakı müharibəni cəmi 24 saat ərzində dayandıracağını vəd etmişdi. Lakin onun Ağ Evə qayıtmasından sonra ABŞ elçilərinin Kiyevə göndərilməsi üçün təxminən 18 ay vaxt keçib:
“Bu vəziyyət Trampın Ukraynada sülh əldə etmək vədi ilə bağlı yanaşmasının praktiki tərəfini açıq şəkildə ortaya qoyur.
Rusiyanın Ukraynaya qarşı təcavüzü 2014-cü ildə başlayıb, 2022-ci ildə isə genişmiqyaslı müharibəyə çevrilib. Kiyev sülhə nail olmaq üçün ağır kompromislərə getməyə hazırdır”.
