Ev DünyaPezeşkian: ABŞ hücumları dayandırsa, Hörmüz boğazı…

Pezeşkian: ABŞ hücumları dayandırsa, Hörmüz boğazı…

by Baş Redaktor
56 Baxış

İran ABŞ-ın ölkəyə qarşı hərbi əməliyyatları və limanlara tətbiq etdiyi blokadanı dayandıracağı təqdirdə Hörmüz boğazında gəmiçilik hərəkətinin bərpa ediləcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian danışıb.

Onun sözlərinə görə, Hörmüz boğazından keçidin açılması Vaşinqtonun İrana qarşı hücumları və dəniz blokadasını dayandırmasından asılıdır.

Pezeşkian bildirib ki, ABŞ hərbi yolla qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyi üçün iqtisadi və dəniz blokadasına əl atıb. İran prezidentinin sözlərinə görə, Tehran bu təzyiqlər qarşısında geri çəkilmək niyyətində deyil:

banner

“Dəniz yolu bizim həyat xəttimiz deyil. Düşünməsinlər ki, bu cür addımlarla bizi təslim olmağa məcbur edə bilərlər”.

Əlaqəli Yazılar Xüsusi